Şb. İyn 19th, 2021

Lənkəranda yol-nəqliyyat hadisəsi yaşayış massivini işıqsız qoyub.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, qəza gecə saatlarında şəhərin Şəhidlər Xiyabanı küçəsində qeydə alınıb.

“BMW” markalı minik avtomobili idarəetmədən çıxaraq işıq və elektrik dirəklərinə çırpılıb. Avtomobildə olan 2 şəxs – şəhər sakinləri, 1995-ci il təvəllüdlü Elnur Eldar oğlu Zeynallı və 1994-cü il təvəllüdlü İlkin Azər oğlu İsmayılzadə müxtəlif bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlardan İ.İsmayılzadənin vəziyyəti orta-ağır qiymətləndirilir.

Qəza nəticəsində hadisənin baş verdiyi ərazidə elektrik təchizatı dayandırılıb.

Faktla bağlı araşdırma aparılır.