Ça. İyn 22nd, 2021

Məşhur amerikalı telejurnalisti Larri Kinq vəfat edib.

APA-nın məlumatına görə, bu barədə televiziya jurnalistinin rəsmi “Twitter” hesabında deyilir.

Qeyd olunur ki, Larri Kinq bu gün səhər saatlarında 87 yaşında vəfat edib.

Xatırladaq ki, yanvarın 2-də CNN Larri Kinqın koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirildiyini bildirmişdi.