Be. İyn 21st, 2021

“Məktəbdaxili qiymətləndirmənin distant formada olsa da keçirilməsi labüddür. Övladlarını məktəbə göndərməyə ehtiyat edən valideynlər də öz üzərinə məsuliyyət götürür”. 

APA-nın məlumatına görə, bunu xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair brifinqdə Təhsil Nazirliyinin təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqubova bildirib.

Onun sözlərinə görə, məktəbdaxili qiymətləndirmənin distant formada olması sürpriz olmadı: “Bu, əvvəldən deyilmişdi. Virtual dərslərə qatılmayan şagirdlərin necə olacağına gəldikdə, teledərslər şagirdlərə minimum bilik verir, elektron dərsliklər də bu baxımdan onlara dəstəkdir. Qiymətləndirmənin keçirilməsi normal haldır. Distant formada qiymətləndirmədə iştirak edə bilməyən şagird növbəti 1 ay ərzində əyani formada iştirak edə bilər. Gözləmirik ki, bütün şagirdlər yüksək nəticə göstərəcək, sadəcə qiymətləndirmə də olmalıdır”.