Ca. Avq 5th, 2021

Bu gün Sumqayıt Apellyasiya Məhkəməsində Əfqan Sadıqov barəsində verilən apellyasiya şikayətinə baxılıb.

hakim Məhəmmədəli Rzayevin sədrliyi ilə keçirilən prosesdə Ə. Sadıqov barəsində seçilmiş 7 il həbs müdəti 6 ilə dəyişdirilib.

Qeyd edək ki, Baş Prokurorluğ tərəfindən keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində Əfqan Sadıqovun “Xəbərfakt.az” internet xəbər portalının baş redaktoru Sakit Muradovla qabaqcadan əlbir olaraq barələrində rüsvayedici məlumatları silsilə məqalələrlə kütləvi informasiya vasitələrində yayacaqları hədəsi ilə ötən il mayın 9-da Sumqayıt Şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsləri ilə görüşərək həmin məlumatların yayımlanmaması müqabilində 15 min manat məbləğində pul vəsaitini tələb etdikləri müəyyən olunub.

Məlumatda bildirilib ki, onlar vəzifəli şəxslərdən tələb etdikləri pulun 10 min manatını paytaxtın Xətai rayonu ərazisində alarkən hər iki şəxs cinayət başında yaxalanıb və cinayətin predmeti olan 10 min manat pul vəsaiti aşkar olunaraq götürülüb.