Bz. İyn 20th, 2021

Azərbaycan Mərkəzi Bankı erməni işğalından azad edilmiş ərazilərdə bank infrastrukturunun inkişafı ilə bağlı genişləndirilmiş konsepsiya hazırlayır.

bunu Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov mətbuat konfransı zamanı deyib.

O bildirib ki, Mərkəzi Bank həmin ərazilərdə iki nümayəndəlik açmağı planlaşdırır. Onlardan biri böyük ehtimalla, Şuşada olacaq:

“Bundan başqa, bizim əsas hədəflərimizdən biri Azərbaycanın bütün suveren ərazisində milli valyutanın dövriyyəsini bərpa etməkdir. Vətən müharibəsində Böyük Zəfərin birinci ildönümümnə yaxın müddətdə Qarabağla bağlı nominal pul nişanı buraxmağı planlaşdırırıq”.