Ça. İyl 27th, 2021

Facebook və “Apple” şirkəti korporativ müharibəyə hazırlaşır.

APA bildirir ki, bu barədə “The Information” nəşri məlumat yayıb.

Məlumata görə, “Apple” şirkəti Facebook-u saxta xəbər təminatçısı adlandırır və istifadəçilərə qarşı casusluq etməkdə günahlandırır.

Mübahisələr “Apple”ın tətbiq etdiyi yeni gizlilik qaydalarından sonra başlayıb.

Məsələ burasındadır ki, mobil əməliyyat sisteminin yeni versiyası iOS 14 ilə “Apple” bütün tətbiqetmə sahiblərini hansı məlumatları topladıqları barədə tam məlumat açıqlamağı məcbur edir və həmçinin istifadəçilərdən fəaliyyətlərini izləmək üçün ayrıca icazə tələb etmələrini istəyir.

Başqa sözlə, Google və Facebook-un pul qazandığı reklamları hədəf alması çətinləşir.

Mark Zukerber hələ yayda “Apple”ın bu addımlarının yalnız böyük şirkətlərə deyil, eyni zamanda reklam verənlərə mənfi təsir edəcəyi ilə bağlı xəbərdarlıq etmişdi.

İndi isə məlumata görə, Facebook “Apple”a qarşı antitrest davası hazırlayır.

Üstəlik, iddialar yalnız gizlilik siyasətinə dair son yeniləmələrlə əlaqəli deyil.

“Apple” rəqabəti süni şəkildə məhdudlaşdırmaqda günahlandırılır.