Ca. İyn 24th, 2021

Milli Məclisin deputatı Sevil Mikayılova Xudat şəhərində seçicilərini qəbul edib.

sakinlər deputata əsasən şəxsi məişət xarakterli və sosial problemlərlə bağlı müraciətlər ediblər. Bəzi məsələlər yerindəcə həll olunub, həlli zaman tələb edən digər müraciətləri S.Mikayılova nəzarətə götürdüyünü, operativ şəkildə araşdırılaraq, qanunvericiliyə uyğun həll edilməsi üçün aidiyyəti qurumlarla əlaqə yaradılacağını bildirib.

Görüşdə iştirak edən seçicilər onların problemlərini daim diqqətdə saxlayaraq həlli istiqamətində çalışdığı üçün millət vəkilinə təşəkkürlərini ifadə ediblər.