Ça. İyl 27th, 2021

2021-ci ilin 28 yanvar tarixində Mingəçevir Dövlət Universitetində (MDU) 2020/2021-ci tədris ilinin payız imtahan sessiyası çərçivəsində növbəti “Açıq qapı” günü keçirilib.

MDU-dan Trend-ə verilən məlumata görə, “Microsoft Teams” platforması üzərindən online formatda təşkil olunan “Açıq qapı” günündə MDU-nun rektoru Şahin Bayramov universitetin tələbə və magistrantları ilə görüşüb.

Cari imtahan sessiyasının üçüncü həftəsinin başa çatmaq üzrə olduğunu nəzərə çatdıran rektor ötən həftələr ərzində imtahanların gedişatı zamanı aparılmış monitorinqlərin və təhlillərin nəticələrindən danışıb.

İmtahanların yüksək iştirakçılıq və müvəffəqiyyət göstəriciləri ilə davam etdiyini bildirən Ş.Bayramov sessiya ərzində hər bir tələbəyə həssas yanaşıldığını diqqətə çatdırıb.