Be. İyn 21st, 2021

31 yanvar 2021-ci il tarixində Xalq artisti Miri Yusifin “Yaşat” adlı televiziya konserti baş tutacaq. Konsert Vətən müharibəsində canından keçən müqəddəs şəhidlərimizin ailələrinə və qəhrəman qazilərimizə dəstək məqsədi daşıyır.

konsert zamanı hər bir izləyici ianə edə biləcək və bu ianələr “Yaşat” fonduna köçürülərək birbaşa şəhid və qazi ailələrinə yönləndiriləcək.

İTV-nin efirində yayımlanacaq və müğənninin ən sevilən mahnılarından ibarət konsertin aparıcıları Nərgiz Cəlilova və Saleh Bağırov olacaq. Konsertin informasiya dəstəkçisi “Nargis” jurnalıdır. Sizi 31 yanvar saat 18:15 -də yayımlanacaq konserti izləməyə və qələbəni bizə yaşadanlara dəstək olmağa çağırırıq!