Şb. İyl 24th, 2021

Psixoloqlarımızın dəstəyi sayəsində müharibədə iştirak edən şəxslər və ya onların ailə üzvləri arasında bir neçə dəfə intihar cəhdinin qarşısı alınıb.

bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov deyib.

Onun sözlərinə görə, belə şəxslər üçün psixoloq dəstəyi onlayn formada həyata keçirilir:

“Xoşagəlməz hallarla üzləşən şəxslər onlayn psixoloji dəstək almaq üçün 050 406-75-85 nömrəsi ilə əlaqə saxlaya bilərlər. Hazırda bu istiqamətdə 5 peşəkar psixoloq işləyir. Lazım olduğu təqdirdə evlərə də gedirlər”.