Be. İyn 21st, 2021

Təhsil naziri Emin Əmrullayev Vətən Müharibəsində iştirak edən tələbələrə təhsil haqqında güzəştlərin edilib-edilməməsi ilə bağlı məsələyə münasibət bildirib.

E.Əmrullayev deyib ki, bu məsələ Təhsil Nazirliyinin tək qərar verdiyi məsələ deyil:

“Bu istiqamətdə bir neçə addım atılıb, YAŞAT Fondu yaradılıb. Biz də müəyyən qərar layihələri hazırlamışıq. Ümid edirəm ki, bu istiqamətdə irəliyə doğru bir addm atılacaq”.

E.Əmrullayev əlavə edib ki, bu günə qədər şəhid olan şəxslərin 35 nəfərə yaxın qohumunun təhsil haqlarının ödənilməsi ilə bağlı müraciətlərə müsbət cavab verilib.