Ça. İyl 27th, 2021

Birinci yarımilinin nəticələrindən narazı qalan şagirdlər fevralda apelyasiya ilə məktəbə müraciət edə biləcəklər.

bunu bu gün keçirilən vebinarda Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu deyib.

Onun sözlərinə görə, əvvəl məktəbdə şagirdlərin nəticələri təhlil olunacaq. Şagirdlərin lehinə və əleyhinə qərar veriləcək: “Daha sonra isə qiymətləndirmə keçiriləcək. İmtahan gününü məktəblərin özü müzakirə edəcəklər. Bu məsələ məktəb səviyyəsində həll ediləcək. Amma ola bilər ki, 15 şagirdin qiymətləndirməsi aparılacaqsa, o uşaqlar qrupa bölünə və digər siniflərdə qiymətləndirmədən keçə biləcəklər”.