C. İyn 18th, 2021

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə oğurluq metal əşyalarının metal qəbulu məntəqələrinə satılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

DİN-in mətbuat xidmətinin kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Trend-in sorğusuna cavab olaraq bildirib ki, daxil olan müraciətlərə polis dərhal və çevik reaksiya verir.

Onun sözlərinə görə, oğurlanan metal əşyalarla bağlı qəbul məntəqələrinə mütəmadi baxış keçirilir:

“Əgər metal qəbulu məntəqələrində hər hansı oğurlanmış əşya aşkarlanarsa, maddi sübut kimi götürülür. Fakt üzrə aparılan araşdırmalar çərçivəsində metal qəbulu məntəqələrinin fəaliyyəti ilə məşğul olan şəxsin təqsiri sübuta yetirilərsə, məsuliyyətə cəlb edilir.