Şb. İyn 19th, 2021

Ötən il prokurorluq orqanlarına daxil olmuş müraciətlərin 9777-i tam təmin olunub.

bunu Baş Prokurorluqda Mərkəzi aparatın, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası, Naxçıvan Muxtar Respublikası Hərbi və Bakı şəhər prokurorluqlarının rəhbər heyətinin, rayon (şəhər) və ərazi hərbi prokurorlarının iştirakı ilə videokonfrans rejimində prokurorluq orqanları tərəfindən 2020-ci ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclasında Baş prokuror Kamran Əliyev deyib. Kollegiya iclasında Prezident cənab İlham Əliyevin dövlət gənclər siyasəti çərçivəsində ölkəmizdə həyata keçirilən mütərəqqi tədbirləri qeyd edən Baş prokuror Kamran Əliyev 2002-ci ildən başlayaraq keçirilən 21 müsabiqə əsasında işə qəbul edilən hüquqşünasların hazırda prokurorluq işçilərinin 70 faizini təşkil etdiyini, həmin işçilərin bir çoxunun ötən il ərzində Baş Prokurorluğun idarə rəisi, rayon və şəhər, ərazi hərbi prokuroru vəzifələrinə təyin olunmalarını diqqətə çatdırmışdır.

Kollegiya iclasında Baş Prokurorluqda yeni yaradılmış Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsi tərəfindən hesabat dövründə müsbət iş göstəricilərinə nail olunduğu, bu sahədə prokurorluğun fəaliyyət istiqamətlərinə uyğun olaraq işlərin səmərəliliyinin artırılmasının vacibliyi qeyd edilmişdir.

Bildirilmişdir ki, dövlətin həyata keçirdiyi sosial yönümlü siyasətin prioritetlərinə uyğun olaraq prokurorluq orqanlarında koronavirus pandemiyası ilə əlaqədar məhdudiyyətlərə baxmayaraq, 2020-ci ildə də vətəndaşların müraciətlərinə və qəbulu məsələlərinə xüsusi diqqətlə yanaşılmış, müraciətlərin obyektiv araşdırılmaqla şikayətləri doğuran səbəblərin aradan qaldırılmasına, qanunauyğun, ədalətli qərarların qəbul edilməsinə nəzarət və tələbkarlıq gücləndirilmişdir. Prokurorluq orqanlarına daxil olmuş müraciətlərin 9777-nin tam, 708-nin isə qismən təmin olunması vətəndaş məmnunluğunun təmin olunması üzrə həyata keçirilən tədbirlərin nəticəsi kimi qiymətləndirilməlidir.