Ça. İyl 27th, 2021

Ötən il Azərbaycanda 35 576 nikah qeydə alınıb.

bunu Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova deyib.

Nazirlik rəsmisi qeyd edib ki, 2018-ci ildən faktiki nikah münasibətində olan şəxslər müəyyən edilir:

“Onların tibbi müayinədən keçmələri təmin olunmaqla nikahları dövlət qeydiyyatına alınır. 2020-ci ildə də maarifləndirmə işi ilə faktiki nikahda olan 1 420 cütlük müəyyən edilib, onlardan 981-nin nikahı dövlət qeydiyyatına alınıb”.