C. İyn 18th, 2021

Ötən il daxili işlər orqanlarının əməkdaşları tərəfindən karantin rejimini pozmaqla xəstəliklərin yayılması üçün real təhlükə yaratma faktlarına görə 689, o cümlədən COVID – 19 diaqnozlu şəxslərin evdən çıxması ilə bağlı 674 cinayət işi başlanıb.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, həmin şəxslərdən 46 nəfər məsuliyyətə cəlb olunub.