Ca. İyn 24th, 2021

“2020-ci ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə daxil olmuş müraciətlər əsasında idxalı nəzərdə tutalan 3680 adda dini məzmunlu ədəbiyyat dinşünaslıq ekspertizasından keçirilib, dini dözümsüzlüyü və radikallığı təbliğ edən 52 adda kitabın ölkəyə idxalı və yayılmasının qarşısı alınıb”. 

APA-nın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) Kollegiyasının 2020-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş onlayn iclasında Dini qurumlarla iş üzrə şöbənin müdiri Cahandar Əlifzadə bildirib. 

Onun sözlərinə görə, nəşr olunmaq məqsədilə təqdim edilmiş 205 adda dini ədəbiyyata baxılıb, onlardan 6-nın çapı məqsədəuyğun sayılmayıb:

“Həmçinin, hüquq-mühafizə orqanları tərəfindən göndərilmiş 220 adda dini təyinatlı ədəbiyyata və digər məlumat materiallarına baxılıb, onlardan 63-nün zərərli, yaxud müvafiq razılıq alınmadan idxal və nəşr edildiyi müəyyən olunub. Hesabat dövründə  487 adda dini təyinatlı ədəbiyyata 679412 ədəd nəzarət markası verilib”.