Ca. İyn 24th, 2021

Otuz erməni hərbçinin meyiti qarşı tərəfə təhvil verilib.

APA-nın “armeniasputnik.am” saytına istinadən verdiyi məlumata görə, erməni tərəfi meyitlərin kimliyinin müəyyən olunması üçün ekspertiza təyin edildiyini açıqlayıb.  

Qeyd edilib ki, indiyədək aparılmış axtarış nəticəsində 1281 erməni hərbçinin meyitinin qalıqları tapılıb.