Şb. İyn 19th, 2021

“Ovçuluq təsərrüfatlarında ovlanması nəzərdə tutulan heyvanların sayının artırılması və ovçuluq fəaliyyətlərində bu kimi tədbirlərin daha da genişləndirilməsi nəzərdə tutulub”.

APA-nın məlumatına görə, bunu “Ekspert Saatı”nda Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev deyib. O bildirib ki, hətta bir ovçuluq təsərrüfatında pilot layihəyə start verilib: “Məqsədimiz ondan ibarətdir ki, burada fərdi sahibkarlarla bir yerdə ovçuluq eləmək həm sahibkarlığın inkişafına töhfə verə, həm ovçuluq təsərrüfatlarının daha intensiv inkişaf etməsi, onun infrastrukturunun yaxşılaşdırılması, bəzi növlərin sayının artmasına gətirib çıxara bilər. Həmçinin müasir istirahət fəaliyyət növü formalaşa bilər”.

F. Əliyev qeyd edib ki, hazırda bu istiqamətdə işlər gedir: “Artıq yaxın vaxtlarda digər təsərrüfatlarda da biz bu fəaliyyəti aktivləşdirmək fikrindəyik”.