C. İyn 18th, 2021

Bakıda narkotik alverçisinin evindən silah aşkarlanıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsi 15-ci Polis Bölməsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Zabrat qəsəbəsində yaşayan Azad Mirzəyevin evinə baxış zamanı oradan 28 qrama yaxın heroin, 20 qramdan artıq metamfetamin, 4 qrama yaxın tiryək, 1 ədəd “Mauzer” markalı tapança və 1 ədəd “AK-47” markalı təlim silahı patron darağı ilə birgə aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.