Şb. İyl 24th, 2021

Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan!

Sizin komandanlığınızla şanlı Azərbaycan Ordusu ikinci Qarabağ müharibəsində analoqu olmayan bir qələbəyə imza atdı. Kəlbəcər rayonundan olan məcburi köçkün kimi Sizə çox dərin hörmət və ehtiramla təşəkkür edirəm. 28 illik həsrətimizə son qoyduğunuz üçün ailəmlə birgə Sizə ömrüm boyu minnətdaram.

Cənab Prezident, Siz elə bir şərəfli tarix yazdınız ki, bu tarix heç bir vaxt xalqımızın yaddaşından silinməyəcək.

Siz dahi şəxsiyyət, hər bir azərbaycanlının qəlbində yaşayan ulu öndərimiz Heydər Əliyevin siyasətini layiqincə davam etdirirsiniz. Bu gün onun ruhu şaddır, çünki o, doğma Azərbaycanı hər zaman bugünkü kimi güclü və qüdrətli görmək istəyirdi.

Mən həmişə fəxr edirəm ki, Sizin kimi Prezidentimiz, Ali Baş Komandanımız var. Allah Sizi və sevdiklərinizi qorusun! Allah həmişə Sizə yar olsun!

Hörmətlə,

Cəlilov Tariyel Nuru oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri, Suraxanı rayonu.