C. İyn 18th, 2021

Hörmətli cənab Prezident,

Bu minnətdarlıq məktubunu yazmağı özümə borc bilirəm. Sizə olan rəğbətim və inamım sonsuzdur.

44 gün ərzində indiyədək heç bir sərkərdənin qazanmadığı bir qələbənin sevincini, qürurunu bizə yaşatdınız. Sizin sayənizdə doğma torpaqlarımız geri qaytarıldı, xalqımızın uzun sürən həsrətinə son qoyuldu.

Ümummilli liderimiz Heydər Əliyevin uzaqgörənliklə hazırlayıb həyata keçirdiyi strategiya və Ulu Öndərimizin layiqli davamçısı kimi Sizin müdrik siyasətiniz və rəhbərliyiniz nəticəsində bu gün Azərbaycanımız siyasi-hüquqi və iqtisadi baxımdan qüdrətli bir dövlətə çevrilmişdir. Buna görə bütün xalq Sizə minnətdardır.

Allahdan Sizə və ailənizə möhkəm cansağlığı, uzun ömür arzulayır, dövlətimizin işıqlı gələcəyi və xalqımızın rifahı naminə yorulmaz fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm.

Hörmətlə,

Rüstəmov Kamran Rəşad oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu.