Ca. Avq 5th, 2021

Hörmətli cənab Prezident,

Bu sevinci, möhtəşəm qələbəni xalqımıza bəxş etdiyiniz üçün Sizə sonsuz təşəkkürlərimizi bildiririk. Mən bir azərbaycanlı olaraq Sizinlə fəxr edirəm və qürur duyuram. Nə yaxşı ki, dövlətimizin Sizin kimi Ali Baş Komandanı var.

Dövlətimizin və xalqımızın başında Sizin kimi əzmkar, qətiyyətli və müdrik bir rəhbər olduğu üçün bu gün biz qalib ölkəyik. Siz ölkəmizin ərazi bütövlüyü uğrunda bizə düşmən kəsilən qüvvələrə qarşı ən yüksək beynəlxalq səviyyələrdə mübarizlik, milli maraqlarımızın qorunması naminə əsl liderlik nümayiş etdirdiniz.

Cənab Prezident, Sizə möhkəm cansağlığı, uzun ömür, gələcək fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

Allah Sizi qorusun!

Hörmətlə,

Cahangirov Arif

Azərbaycan Respublikası, Şabran şəhəri.