Şb. İyl 24th, 2021

Müzəffər Ali Baş Komandan!

44 günlük zaman kəsiyində Azərbaycan xalqına böyük qələbə əzmini yaşatmaq Sizin möhkəm iradənizin, qətiyyətli mövqeyinizin, müdrik və uzaqgörən siyasətinizin parlaq təzahürüdür.

Bu gün Siz Allahın Azərbaycan xalqına bəxş etdiyi, adı tariximizə qızıl hərflərlə həkk olunan əvəzedilməz şəxsiyyətsiniz. Çox şükürlər olsun ki, Sizin kimi yenilməz bir sərkərdəmiz var.

Cənab Prezident, Siz müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı olan ulu öndərimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı kimi təkcə döyüş meydanında deyil, həm də siyasi müstəvidə və informasiya məkanında inamlı qələbə qazandınız. Heydər Əliyev Azərbaycan dövlətinin brilyant tacıdır, Siz isə o tacın şah qaşısınız. O qaş ki, onun yüksək dəyərini və əyarını müəyyənləşdirmək mümkün deyil.

Beynəlxalq təşkilatlar tərəfindən yeni fəxri adların və mükafatların təsis edilməklə hərbi sahədəki uğurlarınızla yeni dünya rekordu qazanmış sərkərdə kimi, Ali Baş Komandan kimi Sizə ünvanlanması arzusundayam.

Müzəffər Ali Baş Komandan, Sizin apardığınız bu haqq mübarizəsi təkcə erməni quldur dəstələrinə qarşı deyil, eyni zamanda onlara havadarlıq edən super güclərə qarşı idi. Dünyanın super gücləri üzərində zəfəriniz mübarək!

Müdrik Prezidentimiz, bu möhtəşəm qələbədə respublikamızın Birinci vitse-prezidenti, parlaq zəkası və dərin düşüncəsi, elmi dünyagörüşü və zəngin təfəkkürü ilə dünya miqyasında Azərbaycanın milli-mənəvi dəyərlərinin təmsilçisi, ölkəmizin ictimai-siyasi həyatında, dövlətimizin idarə olunmasında xüsusi fəallıq nümayiş etdirən bir ziyalı kimi Mehriban xanım Əliyevanın da zəhməti böyükdür.

Vətən torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsini fəth edənlərə rəhmət, qazilərimizə isə şəfa diləyirəm.

Azərbaycanın əvəzolunmaz lideri, möhtəşəm qələbəmizin memarı, müdrik Prezidentimiz, bizə bəxş etdiyiniz azadlığa, firavan həyata və xoş güzərana görə sonsuz təşəkkürlərimi qəbul etməyinizi rica edirəm.

Qələbələriniz bol, uğurlarınız davamlı olsun, Azərbaycanın ömürlük Prezidenti!

Hörmətlə,

Yusifova Fazilə Dəmir qızı

Azərbaycan Respublikası, Mingəçevir şəhəri.