C. İyn 18th, 2021

Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan!

Siz fəaliyyətə başladığınız ilk gündən müstəqilliyimizi qorumaq, güclü Azərbaycan dövləti yaratmaq, hər bir Azərbaycan vətəndaşının maddi və mənəvi rifahının yaxşılaşdırılması üçün yorulmadan çalışırsınız. Uzun illərdir xain düşmənimiz olan erməni faşistləri tərəfindən işğal olunan doğma torpaqlarımızı azad etməklə, Siz üzərinizə düşən bu şərəfli vəzifəni ləyaqətlə yerinə yetirdiniz. Xalqımıza böyük qələbə sevincini və qürurunu bəxş etdiniz. Buna görə Sizə minnətdaram, cənab Prezident.

Bu gün Sizin işğaldan azad olunan torpaqlarda abadlıq və quruculuq işləri ilə bağlı verdiyiniz tapşırıqlar uğurla icra olunur. Əminik ki, doğma Qarabağımız öz əvvəlki vəziyyətinə qayıdacaq və xalqımız bu torpaqlarda daha da xoşbəxt və firavan yaşayacaq.

Bu çətin, lakin şərəfli bir missiyanın yerinə yetirilməsində Uca Tanrıdan Sizə möhkəm cansağlığı diləyirəm. İşləriniz daim yolunda getsin! Ən əsası, heç bir zaman unutmayın ki, xalqın duaları Sizinlədir. Qarabağ Azərbaycandır!

Hörmətlə,

Ağakişiyev Balabəy Ziyad oğlu, Əməkdar məşqçi.

Azərbaycan Respublikası, Şirvan şəhəri.