Ç. İyn 23rd, 2021

Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan!

44 gün davam edən Vətən müharibəsi Sizin və qüdrətli Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində möhtəşəm bir zəfərlə başa çatdı. 30 ilə yaxın düşmən tapdağında olan doğma torpaqlarımız işğaldan azad olundu. Xalqımızın yurd həsrətinə son qoyuldu.

Bu gün biz hamımız qürurluyuq. Bu qüruru bizə yaşatdığınız üçün Sizə sonsuz minnətdarlığımızı bildiririk. Qazandığımız bu parlaq qələbə Sizin, Azərbaycan xalqının Liderinin, şanlı Ordumuzun gücünü, dövlətimizin qüdrətini bütün dünyaya nümayiş etdirdi. “Qarabağ Azərbaycandır və nida” ifadəniz qələbəmizin rəmzinə, milli qürur, birlik və həmrəylik göstəricisinə çevrilmişdir.

Biz fəxr edirik ki, İlham Əliyev kimi Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız var.

Yaşasın Ali Baş Komandan!

Var olsun Azərbaycan Respublikası!

Hörmətlə,

İsmayılova Sədaqət Dursun qızı

Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu.