Bz. İyn 20th, 2021

Əziz və hörmətli Prezident,

Bizə və bütün xalqımıza möhtəşəm Qələbə hissini yaşatdığınız üçün Sizə ailəm və şəxsən öz adımdan dərin təşəkkürümü bildirirəm. Sizi ailəliklə çox sevirik.

Siz müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı olan ulu öndərimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı kimi təkcə hərb meydanında deyil, həm də siyasi arenada qalib oldunuz. Bugünkü qalibiyyətimiz Sizin möhkəm iradənizin, qətiyyətli mövqeyinizin və müdrik siyasətinizin nəticəsidir. Siz Azərbaycan xalqının əvəzedilməz Liderisiniz.

Tanrı Sizi qorusun! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Hörmətlə,

Hüseynzadə Tural

Azərbaycan Respublikası, Sabirabad rayonu, Suqovuşan kəndi.