Bz. İyn 20th, 2021

Müzəffər Ali Baş Komandanımız,

Sizin uzaqgörən və müdrik siyasətiniz nəticəsində biz qalib gəldik. Buna görə Sizə ürəkdən təşəkkür edirəm. 44 günlük haqq savaşında Siz həm siyasi arenada, həm də hərb meydanında qazandığınız böyük qalibiyyətlə Azərbaycan xalqının qürurunu, şərəfini özünə qaytardınız. Azərbaycanımızın güclü və qüdrətli bir dövlət olduğunu bütün dünyaya sübut etdiniz.

Biz fəxr edirik ki, Sizin kimi qətiyyətli, cəsarətli və humanist bir rəhbərimiz var. Sizə və ailə üzvlərinizə uzun ömür, möhkəm cansağlığı arzulayır, dövlətimizin işıqlı gələcəyi naminə fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm.

Hörmətlə,

Həsənova Aynur

Azərbaycan Respublikası, Sabirabad şəhəri.