Şb. İyl 24th, 2021

Möhtərəm Prezidentimiz,

Bütün dünya ölkələri üçün 2020-ci il çox çətin bir il oldu. Bəşəriyyəti cənginə almış COVID-19 pandemiyası bizim ölkədən də yan keçmədi. İndiyədək bütün dünya bu virusla mübarizə aparır.

Azərbaycanda pandemiyanın qarşısının alınması məqsədilə görülən uğurlu işlərin nəticəsidir ki, bu gün daha az itkilər veririk.

Bu günlərdə artıq Azərbaycanda COVID-19 virusuna qarşı vaksinasiya başlandığını eşidəndə çox şad oldum. Peyvəndləmənin könüllü olması və onun dövlət hesabına aparılması Sizin bu xalqa verdiyiniz dəyər və hörmətin göstəricisidir.

Var olun, cənab Prezident!

Allah Sizi qorusun!

Hörmətlə,

Bağırov Coşqun Süleyman oğlu

Azərbaycan Respublikası, Naftalan şəhəri.