Bz. İyn 20th, 2021

Çox hörmətli və dəyərli cənab Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız,

Doğma Qarabağ torpaqlarımızın azad olunması və qazandığımız möhtəşəm qələbə münasibətilə Sizi ürəkdən təbrik edirəm. Bu böyük sevinci bizə Siz yaşatdınız, bu xoşbəxtliyi bizə Siz bəxş etdiniz. Sizə nə qədər təşəkkür etsək, minnətdar olsaq da azdır. Siz xalqımızın 30 illik həsrətinə son qoydunuz, bizləri doğma yurd yerlərimizə qovuşdurdunuz. Sevincimizin həddi-hüdudu yoxdur, cənab Prezident.

Siz bütün dünyanı qarşınıza almaqla, həm döyüş meydanında, həm də siyasi arenada qalib gəldiniz. Beynəlxalq aləm bir daha Sizin liderliyinizin şahidi oldu.

Sizin dövlətimiz və xalqımız üçün etdiklərinizin qarşısında kəlmələr acizdir.

Sizi çox sevirik və Sizinlə qürur duyuruq.

Hörmətlə,

Qarayeva Səbinə

Azərbaycan Respublikası, Sabirabad şəhəri.