Şb. İyn 19th, 2021

Hörmətli cənab Prezident,

Siz Qarabağ məsələsini son dərəcə ustalıqla, ən az itki ilə, böyük qətiyyətlə həll etməklə, müdrik Azərbaycan xalqının öz seçimində yanılmadığını göstərdiniz. Sizin “dəmir” yumruğunuz dostlarımızın güvənc yeri, düşmənlərimizin isə qorxu mənbəyi oldu. Məhz Sizin yürütdüyünüz uğurlu siyasət nəticəsində döyüş meydanında qazandığımız parlaq qələbə gözəl nəticələrə gətirib çıxartdı. Siz Azərbaycan xalqını çiyinlərində olan yükdən azad etdiniz. Buna görə bütün xalqımız Sizə həmişə minnətdar olacaq.

Cənab Prezident, bu illər ərzində Siz hər bir azərbaycanlının Prezidenti olduğunuzu öz əməllərinizlə sübut etmisiniz. Daim qlobal məsələlərlə məşğul olduğunuza baxmayaraq, hər bir vətəndaşın kiçik problemlərinin həll edilməsinə də diqqət ayırırsınız. Mənim problemim də çox qısa zamanda Sizin göstərişinizlə öz həllini tapdı. Buna görə həm Sizə, həm də Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevaya dərin təşəkkürlərimi bildirir, bundan sonrakı fəaliyyətinizdə sizlərə böyük uğurlar, möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram.

Hörmətlə,

Mehdiyeva Suqra Qəzənfər qızı

Azərbaycan Respublikası, Bakı şəhəri, Qaradağ rayonu.