Be. İyn 21st, 2021

Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Əliyev,

Qarabağ torpaqlarını işğaldan azad etmək üçün 44 günlük haqq savaşınızı bütün ölkəmizdə olduğu kimi Çaycümə rayonunda da nəfəs dərmədən izlədik. Dualarımızın və ən gözəl diləklərimizin Sizinlə olduğu bir anda hərb meydanında olduğu kimi, diplomatiya sahəsində də əldə etdiyiniz qalibiyyətdən böyük qürur duyduq. Can Azərbaycandan yüzlərlə kilometr uzaqda olsaq da, Sizinlə birlikdə eyni coşqunu yaşayıb, sevinc göz yaşları axıtdıq. Öncəliklə bu böyük zəfərin qazanılmasında başda dəyərli Zati-aliniz olmaqla, əməyi keçən, tərini və qanını tökən, öz cəsarətini ortaya qoyan qəhrəman Ordunuzu və bütün Azərbaycan xalqını təbrik edir, bu haqq yolunda şəhid düşən övladlarımıza Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyirəm.

Uzun illərdir işğal altında qalan torpaqlarınız sayənizdə azad olunmuş və şanlı zəfər qazanılmışdır. İndi isə bu zəfəri mədəni və iqtisadi uğurlarla yüksəltmək, həmin torpaqlarda yaşayacaq qardaşlarımızla əlaqələrimizi daha da gücləndirmək zamanıdır. Çaycüməlilər olaraq belə bir dönəmdə Sizinlə çiyin-çiyinə ortaq gələcəyimiz üçün birlikdə layihələr həyata keçirmək niyyətindəyik. Buna görə də işğaldan azad olunan rayonlarınızın bələdiyyələrindən biri ilə Çaycümə bələdiyyəsinin qardaşlaşmasını arzu edirik.

Eyni mədəni mühiti bölüşdüyümüz qarabağlı qardaşlarımızla həsrətlə qucaqlaşıb dərdləşmək, eyni zamanda “tək millət, iki dövlət” prinsipi ilə gələcəyə doğru irəliləyən Azərbaycan ilə Türkiyə arasındakı mədəni və ticarət əlaqələrinin güclənməsində də töhfəmizin olmasını istəyirik.

İnanırıq ki, çaycüməlilər ilə qarabağlı qardaşlarımız bir-birinin dünyaya açılan pəncərəsi, görən gözü olaraq, birlikdə həyata keçirəcəkləri layihələrlə bölgədə sülhün və əmin-amanlığın əldə olunmasına nail olacaqlar.

Hörmətlə,

Bülent Kantarcı,

Çaycümə bələdiyyəsinin sədri.

Türkiyə Respublikası, Zonquldak şəhəri.