Şb. İyn 19th, 2021

Möhtərəm cənab Prezident,

Ulu öndərimiz Heydər Əliyevin layiqli davamçısı olaraq, Sizin müdrik və uzaqgörən siyasətinizin və rəhbərliyinizin nəticəsidir ki, bu gün Azərbaycanımız dünyada siyasi və iqtisadi baxımdan qüdrətli bir dövlətə çevrilmişdir.

Siz Qarabağ torpaqlarını işğaldan azad etməklə, xalqımızın uzun illər çəkdiyi həsrətə son qoydunuz, bizləri doğma yurd yerlərimizə qovuşdurdunuz. Ölkəmizin ərazi bütövlüyünü bərpa etməklə, Vətən torpaqları uğrunda canından keçən qəhrəman oğullarımızın, şəhidlərimizin ruhlarını şad etdiniz. Bu qalibiyyət eyni zamanda biz anaların dərdinə bir məlhəm və təsəlli oldu. Sizinlə qürur duyuruq!

Azərbaycan xalqına yaşatdığınız bu böyük qələbə sevincinə görə Sizə ürəkdən təşəkkür edirəm. Sizə uzun ömür, cansağlığı, xalqımızın rifahı naminə gələcək fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulayıram.

Hörmətlə,

Yəhyayeva Fəridə

Azərbaycan Respublikası, Şirvan şəhəri.