Ç. İyn 23rd, 2021

Möhtərəm Prezident, cənab İlham Əliyev,

Sizi və bütün Azərbaycan xalqını 44 günlük Vətən müharibəsində qazandığınız möhtəşəm qələbə münasibətilə türk millətinin nümayəndəsi olaraq ürəkdən təbrik edirəm. Şəhidlərə Allahdan rəhmət, yaralı qazilərə isə şəfa diləyirəm.

Azərbaycanın böyük zəfərinə həsr etdiyim şeirimi diqqətinizə təqdim edirəm:

İyirmi səkkiz illik işğal qətliamını azan səsləriylə sona çatdırdın,

İllərin acı göz yaşlarını yox edib, xoşbəxt günlərə yetişdin,

Acımasız, gözüqanlı bədnam qonşudan qat-qat intiqam aldın,

İkiüzlü dünyadakı saxtakar dostlara dərs verdin, Azərbaycan.

Dağlıq Qarabağı otuz ilə yaxın odlara yaxıb işğal etdilər,

Minlərlə can qardaşımı gülləyə qurban etdilər,

Şuşada sərxoş Paşinyanla yallı getdilər, amma,

Məscidləri tövlə edən o canilər 44 gündə cəhənnəmə getdilər.

Baş Komandan Əliyevin arxasında ordu, xalq bir oldu,

Vətənsevər gənclər cəbhəyə getmək üçün axın etdi sel oldu,

Türkün cəsarətini göstərdilər dost-düşmənə, yoldaşa,

Azərbaycan, şəhidlərin cənnətdə! Sevin və qayğısız yaşa.

Qırx dörd gündə qaldırdınız Qarabağdakı qara dumanı,

Allah Azərbaycan Ordusuna dedi: 27 sentyabr- tam savaş zamanı.

İllərdir qardaş Azərbaycan çəkdiyi zülmə peşman etdi cani Yerevanı.

On dekabrda Türkiyə və Azərbaycan Orduları Bakıda heyran etdi bütün cahanı.

Mərhum Heydər Əliyev, cənab İlham Əliyev Azərbaycanın fəxri, dayağı,

Allah Azərbaycana müqəddəs savaş kimi önəmli gördü bu savaşı,

Qəhrəman Azərbaycan Ordusu 44 gündə doğdurdu bahar günəşi,

Qarabağı illərdir duymayanlara, mənfur “yan”lara verdi cavabı!

Hörmətlə,

Salih Kayaer

Türkiyə Respublikası, Ankara şəhəri.