Ç. İyn 23rd, 2021

Tarix yazan sərkərdə, çox hörmətli cənab Prezident,

Sizin və rəşadətli Ordumuzun misilsiz şücaəti sayəsində Vətənimiz Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağın işğaldan azad edilməsi münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, yorulmaz fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

Bu böyük qələbə Sizin düşünülmüş, uzaqgörən siyasətinizin, eləcə də xalqımızın birliyinin nəticəsidir. Sayənizdə Azərbaycan xalqı tarixinin ən böyük zəfərlərindən birinə şahid oldu. Siz bizim qələbəmizin fatehi oldunuz. Siz adını “Əsrin Fatehi”, “Qalib Prezident” kimi qızıl hərflərlə tarixə yazdıran Azərbaycan igidisiniz. Azərbaycan xalqı Sizin əvəzsiz xidmətlərinizi heç bir zaman unutmayacaq.

İnanırıq ki, yağı düşmənin talan etdiyi və viran qoyduğu Qarabağımızı çox keçməz ki, yer üzündəki əsl cənnətə çevirəcəksiniz.

Biz həmişə Sizinlə fəxr etmişik və edəcəyik! Xalqımızın rifahı naminə gördüyünüz misilsiz işlərinizdə hər zaman böyük uğurlara imza atasınız!

Ulu Tanrı Sizi qorusun!

Hörmətlə,

Əliyeva Aygün Fazil qızı

Azərbaycan Respublikası, Naftalan şəhəri.