Ca. İyn 24th, 2021

Hörmətli cənab Prezident,

Sizin müdrik siyasətiniz və müzəffər Ordumuzun gücü sayəsində işğal altında olan torpaqlarımız geri qaytarıldı, ölkəmizin ərazi bütövlüyü bərpa olundu. Bu möhtəşəm qələbəyə görə Sizə təşəkkürümü bildirirəm.

Mən artıq 30 ildir ki, birinci qrup əliləm. Biz əlillərə göstərdiyiniz diqqət və qayğıya görə Sizə sonsuz minnətdaram. Azərbaycanımızın günü-gündən inkişafı və çiçəklənməsi bizi sevindirir və fərəhləndirir. Şəhər və rayonlarımızdakı abadlıq və quruculuq işləri ilə bağlı həyata keçirilən ardıcıl tədbirlər ürəkaçandır.

Sizə möhkəm cansağlığı, uzun ömür arzulayır, gələcək fəaliyyətinizdə isə yeni-yeni uğurlar diləyirəm.

Allah Sizi qorusun!

Hörmətlə,

Fərəcov Şirməmməd

Azərbaycan Respublikası, Lerik rayonu, Nücü kəndi.