Bz. İyn 20th, 2021

Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan!

30 ilə yaxın müddət ərzində işğal altında olan torpaqlarımızın, doğma Laçınımızın azad edilməsində göstərdiyiniz əzmkarlığa görə və bizə möhtəşəm qələbə sevincini yaşatdığınız üçün Sizə ürəkdən minnətdarıq.

Azərbaycanın bugünkü uğurları məhz Sizin sayənizdə ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin layiqincə davam etdirilməsinin məntiqi nəticəsidir. Eyni zamanda Sizin fədakar əməyinizin və yorulmaz fəaliyyətinizin bəhrəsi olaraq bu gün Azərbaycan dünyada qüdrətli ölkələrdən birinə çevrilib. Buna görə Sizinlə qürur duyuruq.

Cənab Prezident, biz həmişə Sizə inanmışıq, bu gün də inanırıq. Biz Sizinləyik.

Biz laçınlılar doğma yurd yerlərimizə qayıtmaqla, Qarabağımızın hər bir guşəsinin yenidən dirçəldilməsində yaxından iştirak edəcəyimiz günü səbirsizliklə gözləyirik.

Allah Sizi qorusun!

Hörmətlə,

Nəsibova Məhbubə Şahqulu qızı,

Laçın rayonu Hacılar kənd sakini.

Azərbaycan Respublikası, Ağcabədi rayonu.