Şb. İyn 19th, 2021

Azərbaycan və Türkmənistan arasında yanvarın 21-də Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen ehtiyatlarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu imzalandı.

Azərbaycanın “Kəpəz”, Türkmənistanın isə “Sərdar” adlandırdığı bu yataq iki ölkənin dəniz sərhədində yerləşir və Azərbaycan neftçiləri tərəfindən kəşf olunub. Hələ 1989-cu ildə orada ilk kəşfiyyat quyusu qazılıb.

Yatağı Azərbaycan neftçiləri tərəfindən kəşf olunsa da, Azərbaycanla Türkmənistanın dənizdəki sərhədində yerləşdiyinə görə, uzun illər onun işlənməsi mümkün olmamışdı.

Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu iqtisadi strategiyası məsələnin hər iki tərəf üçün qənaətbəxş səviyyədə həll olunmas üçün şərait yaratdı. Prezident İlham Əliyev daha öncəki çıxışlarında enerji sahəsində yeniliklərin olacağı ilə bağlı anons vermişdi.