Ça. İyl 27th, 2021

Yanvarın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.

Prezidentin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, dövlətimizin başçısı Ağdam rayonunda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılışı ilə bağlı Türkiyə Prezidentini təbrik edib.

Türkiyə Prezidenti təbrikə görə minnətdarlığını bildirib.

Dövlət başçıları bu Mərkəzin fəaliyyətə başlamasının bölgədə uzunmüddətli sülhün və təhlükəsizliyin təmin olunması işinə xidmət edəcəyinə əminliklərini bildiriblər.