C. İyl 30th, 2021

Qanunsuz balıq ovunun qarşısının alınması məqsədi ilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xaçmaz rayonunun Xəzər dənizi sahilində və Mingəçevir su anbarında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.

bunu Xidmətin rəsmisi Bəhruz Məhəmmədov bildirib.

“Araşdırma zamanı brakonyerlərin Mingəçevir şəhər sakini Vidadi Cabbarov, Xaçmaz şəhər sakini Nemət Hacıyev olduğu məlum olub.
Faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib edilib və qanunamüvafiq tədbirlər görülüb”.
B.Məhəmmədov qeyd edib ki, ayrı-ayrı inzibati rayonların ərazisində ov qaydalarını pozduqlarına görə Qusar rayon sakini Şair Bədirxanov, Ağdam şəhər sakini Natiq Əliyev, Tərtər şəhər sakini Bəhruz Qurbanov, Sumqayıt şəhər sakinləri Əlövsət Babayev və Elsevən Abdullayev saxlanılıb və barələrində protokol tərtib edilərək cərimələnib.