Şb. İyn 19th, 2021

Azərbaycanın azad edilmiş ərazilərində bərpa olunan enerji mənbələrinin potensialının səmərəli istifadəsi üçün Tədbirlər planı hazırlanır.

Bunu Trend-ə Azərbaycan Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru vəzifələrini icra edən Təbriz Ammayev deyib.

Onun sözlərinə görə, Tədbirlər planı yüksək Günəş və külək enerjisi potensialı olan rayonlarda ölçü-müşahidə stansiyalarının qurulması, eləcə də bərpa olunan enerji potensialının dəqiq hesablanması üzrə işləri əhatə edir:

“Hazırda azad edilmiş ərazilərdə kiçik su elektrik stansiyalarının bərpası və inventarlaşması üzrə işlər başlayıb”.