Şb. İyl 24th, 2021

Qırğızıstanın yeni seçilmiş prezidenti Sadır Japarov ilk xarici səfərini Rusiyaya etməyi planlaşdırır.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Qırğızıstan Baş nazirinin müavini Ravşan Sabirov parlamentdə çıxışı zamanı bildirib.

“Yeni prezidentin ilk səfəri Rusiyaya planlaşdırılır”, – deyə o qeyd edib. 

Baş nazirin müavini səfərin tarixini açıqlamayıb.

Xatırladaq ki, yanvarın 10-da Qırğızıstanda növbədənkənar prezident seçkiləri keçirilib. Dövlət başçısı postu uğrunda 17 namizəd mübarizə aparıb. S. Japarov səslərin 79,2%-ni toplayaraq qalib gəlib. Onun andiçmə mərasimi yanvarın 28-də keçiriləcək.