Şb. İyn 19th, 2021

Quba rayonunda yanacaqdoldurma məntəqəsindən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba rayonunda regional qrupundan Trend-ə verilən məlumata görə, yanvar ayının 25-də Quba Rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən yanacaq doldurma məntəqələrinin birindən 297 manat pulun oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının “isti izlərlə” keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini Ə.Əmrahov qısa müddətdə müəyyən edilərək saxlanılıb.

Saxlanılan şəxs törətdiyi əməli etiraf edərək, oğurluq yolu ilə əldə etdiyi pulları xərclədiyini bildirib.