Şb. İyn 19th, 2021

Şamaxı rayonundakı “Quşçu” palçıq vulkanında dünən baş verən bu püskürmə zamanı xaric olmuş süxurlar bərk halda olub.

Bunu Trend-ə Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Qoruğunun direktoru Ceyhun Paşayev deyib.

Onun sözlərinə görə, əvvəlki püskürmələr zamanı suyun konsentrasiyası xaric olmuş məhsullarn tərkibində çox olduğu üçün daha geniş ərazilərə yayılıb. Son püskürmə zamanı isə xaric olmuş məhsullar qalaq formasında bir ərazidə toplanaraq nisbətən hündür kütlə yaradıb:

“Hesablamalar zamanı fərqli-fərqli hündürlüklərı qeydə alındı. Ümumi xaric olunmuş vulkan məhsulunun sahəsi 3 hektar ərazini əhatə edir. Bunun həcmi isə 27 min kub metr təşkil edir”.