Ca. İyn 24th, 2021

Mədəniyyət Nazirliyinin Gəncə, Ağstafa və Kürdəmir regional mədəniyyət idarələrinə yeni kadr təyinatları həyata keçirilib.

Bu barədə Trend-ə nazirlikdən bildiriblər.

Qeyd olunub ki, nazir Anar Kərimovun müvafiq əmri ilə Vasif Xaliq oğlu Cənnətov Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi, Elbəy Akif oğlu Əli Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi, Faiq Elman oğlu Xudanlı isə Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə təyin olunub.