Şb. İyn 19th, 2021

Romanın Fyumiçino hava limanına “koronavirusa qarşı” alman qoyun itləri (ovçarka) buraxılıb.

APA-Economics”in “Mediaset”ə istinadən verdiyi məlumata görə, 8 həftəlik təlim zamanı itlərə kütlənin içində bu virusun xarakterik əlamətləri olan insanları müəyyənləşdirmək öyrədilib. Hazırda sözügedən “xidmət” test rejimində işləyir.

Qeyd edək ki, 27 yanvar tarixinə İtaliyada koronavirusdan ölənlərin sayı 86 889 nəfərə çatıb. Hazırda İtaliyada koronavirus xəstələrinin sayı 477 979 nəfərdir.