Bz. İyn 20th, 2021

Rusiyada qaz istehsalı 2030-cu ilədək tədricən artacaq və artıq 2030-cu ildə qaz hasilatı 846 mlrd. – 1,03 trln. kubmetrədək çata bilər.

APA-Economics”in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Rusiyada 2035-ci ilə qədər qaz sənayesinin inkişafı üzrə sxemdə qeyd olunur.

Məlumata görə, 2019-cu ildə Rusiya 739 mlrd. kubmetr, 2020-ci ildə isə pandemiya fonunda 689 mlrd. kubmetr qaz hasil edib.

Bildirilir ki, 2025-ci ildə Rusiyada qaz hasilatı 777-890 mlrd. kubmetrə çatacağı gözlənilir.