Şb. İyl 24th, 2021

Rusiyanın Samara vilayətində ağır yol qəzası baş verib. Hadisə zamanı avtobus, yük maşını və minik maşını toqquşub. Avtoqəza zamanı 11 nəfər ölüb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə regionun qubernatoru Dmitri Azarov özünün “Instagram” səhifəsində yazıb.

“Yol qəzası bu dəqiqələrə qədər 11 nəfərin ölümünə səbəb olub: 10 nəfər hadisə yerində, bir nəfər isə xəstəxanada keçinib. Avtoqəza zamanı ümumilikdə 14 nəfər xəsarət alıb, onların hamısı xəstəxanaya yerləşdirilib, üçü hazırda cərrahi əməliyyat olunur”, – deyə Azarov bildirib.