Şb. İyn 19th, 2021

Şəmkir rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Zəyəm qəsəbəsində ümumi sahəsi 100 m² olan anbar kimi fəaliyyət göstərən birmərtəbəli tikilinin tavanı 20 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.