Ca. İyn 24th, 2021

ABŞ prezidenti Co Bayden, sabah ölkənin xarici siyasətini əks etdirəcək ilk böyük nitqini söyləyəcək.

APA bildirir ki, bu barədə NBC News telekanalı xəbər verir.

Məlumata görə, Bayden, “Amerikanın dünyadakı yerini bərpa etməyə” yönələn xarici siyasət baxışını ortaya qoyacaq.

Telekanal bildirib ki, bu çıxış prezidentin vəzifəyə gəldiyi gündən bəri xarici siyasətlə  bağlı ilk mühüm müraciəti olacaq.